“Chevron” xalis mənfəətini 36% artırıb

“Chevron” xalis mənfəətini 36% artırıb
# 02 may 2020 11:01 (UTC +04:00)

ABŞ-ın “Chevron” neft şirkəti bu ilin ilk rübündə xalis mənfətini 36,9% artıraraq 3 599 mln. dollar çatdırıb.

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, neft bazarında gözlənilən davamlı volatillik səbəbindən, şirkət bu ilə olan xərclər planını 30% endirərək 14 mlrd. dollara qədər azaldıb.

Qeyd edək ki, bu yaxınlarda “Chevron” korporasiyası bu gün onun törəmə şirkətlərinin “Azəri-Çıraq-Günəşli” neft yatağı blokundakı və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərindəki səhmlərini “MOL Hungary Oil and Gas PLC” şirkətinə 1,57 milyard dollara satdığını elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR