Gürcüstan Azərbaycandan neft idxalını artırıb

Gürcüstan Azərbaycandan neft idxalını artırıb
# 19 aprel 2021 12:03 (UTC +04:00)

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 20 109,5 min ABŞ dolları dəyərində 42 970,4 ton neft idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan ixrac edilən məhsulun dəyəri illik ifadədə 2,2 dəfə və ya 10 764,7 min dollar, həcmi isə 19 425,5 ton və ya 82,5% çoxdur. Belə ki, 2020-ci ilin ilk 3 ayı ərzində Gürcüstan Azərbaycandan 9 344,8 min dollar dəyərində 23 544,9 ton neft idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR