SOCAR: Dizeldən asılı olan ölkələr satışlarımızı təmin etməyə imkan yaradıb

#
# 15:15
26 avqust 2020

Dizel idxalından asılı olan ölkələr SOCAR-a satışları təmin etməyə imkan yaradıb.

"APA-Economics"in məlumatına görə, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov RİA "Novosti"yə verdiyi müsahibədə bildirib ki, əsas satış bazarları olan Gürcüstan və Türkiyə (Azərbaycandan başqa – red.) dizel idxalından asılı olan ölkələrdi. Bu da, öz növbəsində, SOCAR-a satışları təmin etməyə imkan yaradıb.

"Böhran dövründə neft emalı zavodlarının (NEZ) fəaliyyət göstərməsi şirkətlər üçün də müəyyən bir çağırışdır. Bildiyiniz kimi, bəzi NEZ-lər qlobal tənəzzül fonunda tələbin düşməsi səbəbindən fəaliyyətlərini dayandırıb. Biz isə həm Azərbaycanda, həm də Türkiyədəki zavodlarımızın işini tarazlaşdıra bildik. Bizim NEZ-lərin istehsal etdiyi məhsullardan biri aviasiya yanacağıdır, hansını ki, dünyanın bütün ölkələrində hava səyahətlərinin tarixi bir minimum enməsi bir vaxtda satmaq çətin oldu. Buna görə hər iki zavodumuzda aviayanacağın istehsal həcmini azaltdıq. Eyni zamanda, digər məhsulların, xüsusən də dizel yanacağının istehsalını artırdıq", - deyə İ. Əhmədov qeyd edib.

O həmçinin bildirib ki, SOCAR gələcəkdə istehsalı əvvəlki qaydasına qaytara və ya mövcud rejimdə işləməyə davam edə bilər: "Çoxları üçün koronavirus daha əvvəl başlanan və ya sabahın gündəliyi hesab edilən islahat təşəbbüsü üçün katalizator rolunu oynayacaq. Bununla yanaşı, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və geniş yayılan tənəzzül səbəbindən dördüncü sənaye inqilabı çərçivəsində istehsalın rəqəmsallaşdırılmasına, strukturların və əməliyyatların optimallaşdırılmasına ehtiyac nəinki aydın görünür – bu, bütün sahə üçün dərhal və təxirəsalınmaz bir vəzifəyə çevrilir".

SOCAR rəsmisinin sözlərinə görə, artıq Azərbaycan hökuməti tərəfindən dövlət müəssisələrinin optimallaşdırılması istiqamətində fəal addımlar atılır.

"Zərurətə, eləcə də siyasətin uğuruna inanıram, bunun başlıca hədəfləri iqtisadi subyektlərin fəaliyyətinin səmərəliliyini artırması və məhsuldar bazar iqtisadiyyatı fonunda rəqəmsal ekosistemlərin formalaşdırılması olacaq", - İ. Əhmədov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR