"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu gün iyul ayından sonrakı dövr üçün neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmanın taleyi ilə bağlı danışıqları davam etdirəcək.
"APA-Economics"in məlumatına görə, ötən gün keçən danışıqlar zamanı tərəflər konsensusa gələ bilməyib.
Məlumata görə, "OPEC+" texniki komitəsinin iclası bu gün Bakı vaxtı ilə saat 16:00-da, bütün razılaşma iştirakçılarının nazirlərinin iclası isə saat 18:30-da baş tutacaq.
Qeyd edək ki, "OPEC+" ölkələri gündəlik neft hasilatının artırılması məsələsini müzakirə edir.