"Qazprom" yanvar-sentyabrda qaz satışından gəlirlərini iki dəfə artırıb

"Qazprom" yanvar-sentyabrda qaz satışından gəlirlərini iki dəfə artırıb
# 11 noyabr 2021 13:00 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın "Qazprom" şirkətinin boru kəmərləri ilə təbii qazın ixracından əldə etdiyi gəlirləri illik müqayisədə iki dəfə artaraq 33,26 mlrd. ABŞ dollarına çatıb.

Bu barədə "APA-Economics" Rusiyanın Federal Gömrük Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, yanvar-sentyabrda qaz ixracının fiziki həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 9,5% artaraq 156,8 mlrd. kubmetrə çatıb.

Qeyd edək ki, "Qazprom" Avropanın əsas qaz ixracatçılarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR