Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 26 avqust 2021 15:25 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84232 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54063, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30169 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6419537, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3884713, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2534824 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR