Baş Prokurorluq 30 iyul Dünya İnsan Alverinə Qarşı Mübarizə Günü ilə bağlı post paylaşıb

Baş Prokurorluq 30 iyul Dünya İnsan Alverinə Qarşı Mübarizə Günü ilə bağlı post paylaşıb

© APA | 30 iyul Dünya İnsan Alverinə Qarşı Mübarizə Günü

# 30 iyul 2021 12:38 (UTC +04:00)

Baş Prokurorluq 30 iyul Dünya İnsan Alverinə Qarşı Mübarizə Günü ilə bağlı post paylaşıb.

APA-nın xəbərinə görə, Baş Prokurorluğun məlumatında bildirilib ki, insan alveri müasir dövrün ən aktual problemlərindən biridir. 30 iyul Dünya İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, insan alveri dedikdə, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür. İnsan alverinin qurbanı olma! #azgenprosecutor#başprokurorluq#insanalverinəqarşımübarizəgünü #insanalverininqurbanıolma

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR