FHN-in Gəncə Regional Mərkəzində “Açıq qapı” günü keçirilib - FOTO

FHN-in Gəncə Regional Mərkəzində “Açıq qapı” günü

© APA | FHN-in Gəncə Regional Mərkəzində “Açıq qapı” günü

# 14 oktyabr 2021 13:37 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində Gəncə Regional "ASAN xidmət" Mərkəzinin könüllülərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

APA-nın xəbərinə görə, tədbirin keçirilməsində məqsəd könüllüləri Mərkəzin fəaliyyəti, xilasetmə avadanlıqları ilə tanış etmək, onlara fövqəladə hallarla bağlı biliklərin aşılanması olub. Könüllülərə Gəncə Regional Mərkəzinin fəaliyyəti, şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətin artırılması, hərbi vətənpərvərlik mövzularında danışılıb. Daha sonra pandemiya qaydaları gözlənilməklə Mərkəzin akt zalında təbii və texnogen mənşəli fövqəladə hadisələr barədə ətraflı məlumat verilib.

Xüsusi xilasetmə hissəsinin şəxsi heyətinin kazarmasına baxış keçirilib, ASAN könüllüləri dərslərlə tanış olublar. Xüsusi xilasetmə hissəsinin şəxsi heyətinə "Həyəcan" siqnalı verilib, şərti xilasetmə işləri aparılıb, şərti olaraq köməksiz vəziyyətdə olan yaralı xilas edilib. Könüllülər qəza-xilasetmə avtomobili, alət və avadanlıqlar, həmçinin yanğınsöndürmə texnikaları ilə də yaxından tanış olublar. Onlar həmçinin avtomobil və texniki vasitələrin xüsusiyyətləri barədə məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR