Lənkəranda narkotik satan keçmiş məhkum saxlanılıb

Lənkəranda narkotik satan keçmiş məhkum saxlanılıb
# 21 sentyabr 2021 11:29 (UTC +04:00)

Lənkəranda keçmiş məhkum narkotik satarkən saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qasımov narkotik vasitə satarkən saxlanılıb.

Şəxsin axtarışı zamanı onun üzərindən 25 qram heroin, 6 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq M.Qasımovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR