Məleykə Abbaszadə: "I qrupda müəyyən ixtisaslarda keçid balı bir az da düşə bilər"

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

© APA | DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

# 24 avqust 2021 15:28 (UTC +04:00)

“I qrupda ötən illə müqayisədə 600 baldan yuxarı nəticə göstərən daha çoxdur”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib. O bildirib ki, reytinqli ixtisaslarda gərgin vəziyyət yarana bilər: “500 baldan yuxarı nəticə göstərənlər keçən illə müqayisədə 9 nəfər azalıb. 200 baldan yuxarı bal toplayanlar da 75 nəfər azalıb. 150 baldan yuxarı nəticə göstərənlər isə artıb. I qrupda müəyyən ixtisaslarda keçid balı bir az da düşə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR