Nazir: “Azərbaycanda səhiyyə xərclərinin ÜDM-də çəkisi digər ölkələrlə müqayisədə azdır”

Nazir: “Azərbaycanda səhiyyə xərclərinin ÜDM-də çəkisi digər ölkələrlə müqayisədə azdır”
# 23 noyabr 2021 16:22 (UTC +04:00)

“Səhiyyə xərclərimiz ildən-ilə artmaqdadır. Son 5 il ərzində bu xərcləri 2,5 dəfə artırmışıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, digər tərəfdən ÜDM-də səhiyyə xərclərinin ümumi çəkisi digər ölkələrlə müqayisədə azdır: “Bizim artacaq xərclərimizə bir çox sahələr üzrə baxmalıyıq. Xərclərin artması maliyyə təminatı yarada bilər, ancaq bunun nəticəsində nə alacağımıza baxmalıyıq. Səhiyyə Nazirliyi və TƏBİB-in xətti ilə təmin edilən səhiyyə müəssisələri üçün avadanlıqların alınmasına, bərpasına vəsait ayrılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR