Nazir müavini: “İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb”

Firdovsi Əliyev

© APA | Firdovsi Əliyev

# 16 oktyabr 2021 12:55 (UTC +04:00)

"Azərbaycan ekologiya ilə bağlı 20-ə yaxın komissiyanın üzvüdür. Amma 30 il ərzində biz onlara Qarabağdakı ekoloji vəziyyətlə bağlı müraciət etsək də, əfsuslar olsun ki, heç nə etməyiblər".

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərin “Zeytun bağı”na media turu zamanı açıqlamasında bildirib.

Onun sözlərinə görə, işğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb: "Yanğınla orada olan bitki, fauna və flora tamamilə məhv olub. Orada təbiətin yenidən bərpa olunması üçün uzun illər lazım olacaq. Torpaqlarımız işğaldan azad olunduğu üçün oradakı ekosidin nəticələrini görə bilirik. Orada monitorinqin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub. Bununla bağlı cinayət işi açılacaq və beynəlxalq hüquqi müstəvidə ermənilər törətdikləri vəhşiliklər görə cavab verməli olacaqlar. Biz orada bir çox işlər görmək istəsək də əfsuslar olsun ki, bu, bizdən asılı olan məsələ deyil. Ora minalanmış ərazilər olduğu üçün çox təhlükəlidir".

Nazir müavini deyib ki, "Böyük qayıdış"ın tərkib hissələrindən biri də oradakı ekoloji mühitin bərpa edilməsi, ekologiyanın sağlamlaşdırılması istiqamətində işlərin görülməsi hədəflənib: "Nazirlik olaraq səlahiyyətlərimiz daxilində bu işlər görülür. Görəcəyimiz işlər mərhələlərə bölünüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR