Peter Siyarto: "Azərbaycanın mədəniyyətlərarası əməkdaşlığı gücləndirmək sahəsində gördüyü işlər təqdirəlayiqdir"

Peter Siyarto: "Azərbaycanın mədəniyyətlərarası əməkdaşlığı gücləndirmək sahəsində gördüyü işlər təqdirəlayiqdir"
# 28 sentyabr 2021 19:44 (UTC +04:00)

"Qarabağda dağıdılmış ibadət yerlərinin və mədəni irs nümunələrini bərpası üçün Azərbaycana kömək etməyə hazırıq"

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bunu Avropa Şurası Parlament Assambleyasının payız sessiyası zamanı çıxışında Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

O bildirib ki, Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi təşəbbüsü ilə Macarıstanın Vesprem şəhərinin Avropanın mədəniyyət paytaxtı elan edilməsi üst-üstə düşür. Nazir qeyd edib ki, bu baxımdan Macarıstan Azərbaycanla mədəniyyətlərarası dialoqun təşviqi üçün birgə işləmək qərarına gəlib.

Peter Siyarto vurğulayıb ki, Azərbaycanın mədəniyyətlərarası əməkdaşlığı gücləndirmək sahəsində gördüyü işlər təqdirəlayiqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR