Siyəzəndə itkin düşən məktəbli tapılıb - YENİLƏNİB

Siyəzəndə itkin düşən məktəbli tapılıb - YENİLƏNİB
# 10 oktyabr 2021 20:08 (UTC +04:00)

Siyəzən rayonunda itkin düşən 9-cu sinif şagirdi tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Nuriyev Nihad Vaqif oğlu ailəsinə təhvil verilib.

Qeyd edək ki, məktəbli 3 gün öncə məktəbə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmamışdı.

***

09 oktyabr, saat 20:10

Siyəzən rayonunda məktəbli itkin düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 9-cu sinif şagirdi, 2005-ci il təvəllüdlü Nuriyev Nihad Vaqif oğlu 2 gün öncə məktəbə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.

İlkin əməliyyat-axtarış tədbirləri nəticəsində məktəblini tapmaq mümkün olmayıb.

Məktəbli barəsində məlumatı olan şəxslərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, (055) 211-55-63 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR