Sumqayıtda iki avtomobil toqquşub, bir nəfər ölüb - VİDEO - YENİLƏNİB

Sumqayıtda qəzaya düşən avtomobillər

© APA | Sumqayıtda qəzaya düşən avtomobillər

# 27 iyun 2021 11:50 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


10:17

Sumqayıtda iki avtomobil toqquşub, ölən var.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Səməd Vurğun küçəsində baş verib.

Hərəkətdə olan “Lexus” markalı avtomobil qarşısında olan “Opel” markalı avtomobilə dəyib. Zərbənin gücündən “Opel” markalı avtomobil hərəkətdə olduğu yoldan çıxaraq əks istiqamətdə olan yola düşüb.

Ağır qəza nəticəsinə “Opel” markalı” avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü İsmayılov Ramil Ədalət oğlu hadisə yerində ölüb. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR