Xaçmaz və Qubada çörəyin qiyməti düşüb

Xaçmaz və Qubada çörəyin qiyməti düşüb
# 07 sentyabr 2021 10:25 (UTC +04:00)

Xaçmaz və Qubada sentyabr ayının 1-də qiyməti 0.50 qəpik olan çörəyin qiyməti yenidən düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, mağazalarda çörəyin satış qiyməti yenidən 0.40 qəpik olub.

Xatırladaq ki, sentyabr ayının 1-dən istehsalçılar çörəyinin çəkisinin artmasını əsas gətirərək qiyməti qaldırmışdı.

Qeyd edək ki, Azərbaycanda çörəyin qiyməti liberaldır və bazar tərəfindən tənzimlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR