"Yeni Klinika": Yaqub Zurufçunun vəziyyəti ağır stabil olaraq qalır

Yaqub Zurufçu

© APA | Yaqub Zurufçu

# 10 sentyabr 2021 13:35 (UTC +04:00)

"Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir".

Bu barədə APA-ya "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

O qeyd edib ki, sənətçi qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir: "Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR