“Yeni Klinika”da vaksin vurdurmaq üçün canlı növbə ləğv olunub

“Yeni Klinika” tibb mərkəzi

© APA | “Yeni Klinika” tibb mərkəzi

# 25 avqust 2021 18:52 (UTC +04:00)

COVID-19-la mübarizə tədbirləri çərçivəsində vaksinasiya prosesinin sürətləndirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə 16 iyul 2021-ci il tarixdən “Yeni Klinika” tibb mərkəzində canlı növbə əsasında peyvəndlənmə prosesinə başlanılıb.

APA-nın xəbərinə görə, bu barədə TƏBİB-in məlumatında bildirilib.

Qeyd olunub ki, son günlər virusa yoluxma sayında artımın müşahidə edilməsi, eyni zamanda canlı növbələr zamanı yaranan sıxlıqlar nəzərə alınaraq 26.08.2021-ci il tarixdən etibarən canlı növbə randevu sistemi ilə əvəz ediləcək: “26.08.2021-ci il tarixdən rendevu.its.gov.az saytına daxil olaraq öncədən qeydiyyatdan keçməklə "Yeni Klinika” tibb mərkəzində peyvənd olunmaq üçün (Coronovac və Pfizer) növbə götürə bilərsiniz. Qeyd olunanları nəzərə alaraq peyvənd olunmaq üçün yalnız rendevu.its.gov.az saytından növbə götürərək tibb müəssisəsinə müraciət etməyinizi xahiş edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR