Zərdabda "COVID" pasportu olmayan bəy və gəlin şadlıq evinə buraxılmayıb - FOTO

Zərdabda "COVID" pasportu olmayan bəy və gəlin şadlıq evinə buraxılmayıb - FOTO
# 29 iyul 2021 00:33 (UTC +04:00)

Zərdab rayonunda keçirilən toy mərasimində maraqlı anlar yaşanıb.

APA xəbər verir ki, Zərdabın Qoruqbağı kəndində yerləşən şadlıq sarayında təşkil olunan toy məclisinə gələn qonaqların "COVID" pasportları yoxlanılarkən məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı peyvənd olunmayıblar.

Yeni ailə quran cütlüyə pandemiya qaydalar izah edilib və onlara peyvəndləmə ilə bağlı təklif verilib. Bəy-gəlin təklifi könüllü qəbul edib və kəndin tibb məntəqəsinə gedərək peyvənd olunublar. Daha sonra onlar şadlıq evinə qayıdaraq toy məclisinə qoşulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR