Qazaxda yerli əhəmiyyətli yolun təmirinə 2.2 milyon manat ayrılıb

Qazaxda yerli əhəmiyyətli yolun təmirinə 2.2 milyon manat ayrılıb
# 10 sentyabr 2020 12:25 (UTC +04:00)

Prezident İlham Əliyev Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncama əsasən, Qazax rayonu, Y-35-06 (13 km) – Fərəhli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon (iki milyon iki yüz min) manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR