Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 12,4% artıb

Yanvar-aprel aylarında MDSS üzrə daxilolmaların artım dinamikası

© APA | Yanvar-aprel aylarında MDSS üzrə daxilolmaların artım dinamikası

# 12 may 2021 11:45 (UTC +04:00)

2021-ci ilin yanvar-aprel aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 133,5 mln. manat və ya 12,4% artıb.

Dövlət Sosial Müdafiə Fondundan APA-ya verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə daxilolmalar 9,6% artıb.

Büdcə təşkilatlarında 30,2 mln.manat və ya 7%, qeyri-büdcə təşkilatlarında isə 75,8 mln.manat və ya 11,2% artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR