Agentlik: Ötən il daxili turizm 3 milyona yaxın səfər itirib

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə

© APA | Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə

# 01 iyul 2021 12:32 (UTC +04:00)

"Pandemiyanın mənfi təsirləri nəticəsində dünya turizm sahəsində 73 faiz azalma olub. Bu rəqəmlər Azərbaycana da aiddir".

APA-nın məlumatına görə, bunu mətbuat konfransında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, artıq sərhədlər açılır: “Azərbaycana gələn ölkələrin coğrafiyası genişlənəcək. İnkişafın hansı illərdə olacağı pandemiyanın hansı dövrə qədər davam edəcəyindən asılıdır. Lakin ümumilikdə gözlənilir ki, turizm sahəsindəki rəqəmlər 2023-cü ildə təxminən 2019-cu ildəki rəqəmlərə yaxınlaşacaq. Qeyd edim ki, həmin il Azərbaycana 3 milyon 170 min əcnəbi gəlmişdi, 2020-ci ildə 10 faiz artım gözlənilirdi. Həmin il yanvar-fevralda əvvəlki ilin dövrü ilə müqayisədə 15 faiz artım olmuşdu, lakin daha sonra pandemiya oldu. Ötən il daxili turizm 3 milyona yaxın səfər itirmişdi, bu il bu, bərpa olur, artıq xaricdən gələnlərin sayı da artır. Məsələn, may ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artım olub. 2025-ci ildə rəqəmlərin 2019-cu ildəki rəqəmlər kimi olacağı gözlənilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR