İran səfirliyi: “Əfşar Süleymani sionist rejimə mənsub olan qəzetə müsahibə verməyib”

İran səfirliyi: “Əfşar Süleymani sionist rejimə mənsub olan qəzetə müsahibə verməyib”
# 08 may 2007 12:19 (UTC +04:00)
İranın Azərbaycandakı səfirliyi bu ölkənin Bakıdakı keçmiş səfiri Əfşar Süleymaninin sionist rejimə mənsub olan qəzetə müsahibə vermədiyi barədə məlumat yayıb. Səfirlikdən APA-ya bildiriblər ki, bu barədə “BAKU SUN” qəzetində yazılmış xəbər əsassızdır. Səfirlik bu kimi şayiələrin yayılmasını sionist rejiminə mənsub medianın öz batil məqsədlərinə çatmaq yəni həmin rejimin qeyri-leqitim varlığını leqitimləşdirmək üçün batil metodlara əl atmasının digər bir nümunəsi sayır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR