ABŞ-ın Azərbaycandakı səfiri Şəkidə olub

ABŞ-ın Azərbaycandakı səfiri Şəkidə olub
# 04 may 2008 10:57 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, A. Dersi bu gün Şəki rayonunun Kiş kəndinə gedib və tarixi abidə olan alban məbədinə baş çəkib. Məbədlə yaxından tanış olan diplomata abidənin tarixi barədə məlumat verilib. Daha sonra səfir ABŞ-ın maliyyə dəstəyi ilə rayonda təşkil olunmuş ingilis dili kurslarında təhsil alan 20 nəfər şagirdlə görüşüb. A. Dersinin Şəkiyə səfəri bu gün başa çatacaq. Sabah onun Qax rayonunun Qum kəndindəki alban məbədi ilə tanış olacağı, daha sonra isə Zaqatala rayonuna gedəcəyi bildirilir. Səfirin Zaqatala İslam Universitetində görüş keçirəcəyi və Tala məscidinə baş çəkəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR