Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, İran  neft naziri Cavad Oci ilə qaz mübadiləsinə dair müqavilənin imzalanması mərasimi

© APA | Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, İran  neft naziri Cavad Oci ilə qaz mübadiləsinə dair müqavilənin imzalanması mərasimi

# 28 noyabr 2021 19:40 (UTC +04:00)

Bu gün Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb.
APA-nın xəbərinə görə, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Müqavilə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra imzalanıb.
Müqaviləni Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran neft naziri Cavad Oci imzalayıb.
Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR