Azərbaycan və Türkiyə Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm birgə iclasları keçiriləcək

Azərbaycan və Türkiyə Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm birgə iclasları keçiriləcək
# 15 iyun 2021 18:48 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində Türkiyə ilə birgə səylər göstəriləcək.

APA-nın məlumatına görə, bu, “Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə yer alıb.

Bəyannamədə Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR