Gürcü jurnalist və blogerlər Füzulidə minatəmizləmə əməliyyatları ilə tanış olub - FOTO

Gürcü jurnalistlər Füzulidə minatəmizləmə ilə tanış olur

© APA | Gürcü jurnalistlər Füzulidə minatəmizləmə ilə tanış olur

# 21 sentyabr 2021 10:58 (UTC +04:00)

Gürcüstandan olan bir qrup jurnalist və bloger işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfər edib.

APA-nın əməkdaşı xəbər verir ki, qonaqlar Füzuli rayonunun Horadiz kəndində minatəmizləmə əməliyyatları ilə tanış olublar.

ANAMA-nın əməliyyatlar şöbəsinin baş mütəxəssisi Mədət Məmmədov ərazidə minatəmizləmə işləri barədə məlumat verib.

Bildirib ki, minatəmizləmə işləri itlər vasitəsilə, əllə və mexaniki üsulla aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR