Nazir: “Ermənistan tərəfdən konstruktiv addımlar görmürük, kommunikasiyaların bərpası ləngiyir”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 30 sentyabr 2021 14:00 (UTC +04:00)

“Bildiyiniz kimi, əks-həmlə əməliyyatının başlanmasından bir il ötür. Bu əməliyyat nəticəsində Azərbaycanın 30 ilə yaxın müddətdə işğalda olan torpaqları azad olunub”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüquqa uyğun şəkildə torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa edib.

Nazir deyib ki, Azərbaycan üçtərəfli bəyanatların icrası ilə məşğuldur: “Bəzi istiqamətlərdə hələ də açıq qalan məsələlər var, bu barədə çexiyalı həmkarımı məlumatlandırdım. Azərbaycanın şərtlərə əməl etməsinə baxmayaraq, biz Ermənistan tərəfindən konstruktiv addımlar görmürük. 8 ay ərzində Ermənistan tərəfindən mina xəritələrinin təqdim olunmaması, aşağı keyfiyyətli və az sayda xəritələrin təqdim olunması faktını qeyd etdim”.

XİN rəhbəri onu da diqqətə çatdırıb ki, Ermənistanın mina xəritələrini verməməsi nəticəsində çox sayda Azərbaycan vətəndaşları minaya düşərək həlak olub, mina xəritələrinin verilməməsi həm də azad edilmiş ərazilərdə yenidənqurma prosesini ləngidir: “Üçtərəfli bəyanata əsasən, regionda kommunikasiyaların bərpası nəzərdə tutulmuşdu, amma burda da ləngimələr var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR