Numan Kurtulmuş: “Şuşa Bəyannaməsi” ilə bağlı konfrans ölkələrimizin əlaqələrinin yeni müstəvidə inkişafına zəmin yaratdı”

YAP və AK Partiyanın Gəncədə birgə mətbuat konfransı

© APA | YAP və AK Partiyanın Gəncədə birgə mətbuat konfransı

# 28 iyul 2021 16:25 (UTC +04:00)

Bu gün Gəncədə Yeni Azərbaycan Partiyası (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq, “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans başa çatdıqdan sonra hər iki partiya rəsmisinin birgə səfərin yekunlarına dair mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AK Partiya nümayəndə heyətinin səfəri barədə geniş məlumat verib.

T. Budaqov bildirib ki, səfər Bakıda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevlə görüşlə başlayıb: “Görüş zamanı bölgədə yaranmış yeni vəziyyətə uyğun olaraq qarşılıqlı əməkdaşlığın perspektivləri, gözlənilən nəticələr və partiya rəhbərliyi tərəfindən bu istiqamətdə atılacaq addımlar barədə məlumat verilib. Sonra nümayəndə heyəti Milli Məclisdə olub, YAP rəhbərliyi ilə görüşlər keçirib və bundan sonra atılacaq addımlar barədə səmərəli fikir mübadiləsi aparılıb. Sonra səfər Gəncə şəhərində iki partiyanın birgə keçirilən “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfransı ilə yekunlaşıb”.

AK Partiya sədrinin birinci müavini Numan Kurtulmuş səfər ərzində göstərilən qonaqpərvərliyə və diqqətə görə təşəkkür edib. O, Türkiyə-Azərbaycan münasibətlərinin gələcək inkişafı və bu istiqamətdə partiyalar tərəfindən göstəriləcək dəstək haqqında danışarkən bildirib ki, bundan sonra da qarşılıqlı əlaqələrin siyasi partiyalar tərəfindən rəsmi qurumlar arasında daha da möhkəmləndirilməsi üçün əllərindən gələn köməyi əsirgəməyəcəklər. “Başda Prezident İlham Əliyev olmaqla göstərilən diqqətə və qonaqpərvərliyə görə Milli Məclisin üzvlərinə, YAP rəhbərliyinə təşəkkür edirik. “Şuşa Bəyannaməsi” ilə bağlı keçirilən bu konfrans da qardaş ölkələrimiz arasında gələcək əməkdaşlıqların və əlaqələrin yeni müstəvidə inkişafına zəmin yaratdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR