Səfir: “Cənubi Qafqazın 3 ölkəsinin yaxın əməkdaşlığı üçün geniş imkanlar var”

Li Litzenberqer

© APA | Li Litzenberqer

# 22 noyabr 2021 16:59 (UTC +04:00)

“Fəxr etdiyim məqamlardan biri də ötən 30 il ərzində ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyinin ən böyük dəstəkləyicisi olmasıdır”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer deyib.

O bildirib ki, Azərbaycanın öz enerji resurslarını inkişaf etdirməsi və bundan istifadə ölkənin siyasi müstəqilliyi üçün əsas olub.

“Bu, Azərbaycana öz qərarlarını verməyə və öz seçimlərini etməyə imkan verir. Biz bunu dəstəkləyirik. Biz əslində regionun üç ölkəsinin seçimlərinin və qərarlarının müstəqilliyini dəstəkləyirik. Biz istəyirik ki, Cənubi Qafqaz regionu öz müstəqilliyini, dayanıqlılığını, stabilliyini artırsın, gücləndirsin. Regionun üç ölkəsini bir araya gətirib əməkdaşlığa necə nail ola bilərik? Biz buna fokuslanmışıq, regionun nəqliyyat əlaqələrini, iqtisadiyyatını necə gücləndirə bilərik, bizə buna diqqət ayırırıq. Düşünürəm ki, Cənubi Qafqazın üç ölkəsinin yaxın əməkdaşlığı üçün böyük potensial, geniş imkanlar var. Biz ABŞ olaraq bunu dəstəkləmək istəyirik”, - L. Litzenberqer qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR