İsveçrədə Rusiya və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşü keçirilib

İsveçrədə Rusiya və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşü keçirilib
# 22 yanvar 2014 07:31 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Yanvarın 21-də Montre şəhərində “Cenevrə-2” konfransına hazırlıq çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilib.

Bu barədə APA Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Görüşdə Suriyadakı münaqişənin həlli və ölkənin gələcəyi naminə milli dialoqun başlanılması müzakirə olunub.

Ruriya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri həmçinin Fələstin-İsrail danışıqlarının perspektivləri, Yaxın Şərqdə vəziyyətin sabitləşməsi ilə bağlı məsələləri nəzərdən keçirib.

Sergey Lavrov Montre şəhərində BMT baş katibi Pan Gi Munla da görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR