Azərbaycanda karyera günü və iş yarmarkası keçirilir

Azərbaycanda karyera günü və iş yarmarkası keçirilir
# 23 noyabr 2013 08:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi və Amerika Mərkəzi karyera günü və iş yarmarkası keçirir.

APA-nın xəbərinə görə, gün ərzində sərgiyə gələnlərin Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və yerli şirkətlərinin nümayəndələri ilə görüşməsi və onlarda hazırda olan vakansiyalar haqqında ətraflı məlumat almaq imkanları olacaq.

Karyera günü və iş yarmarkası şirkətlərə gənc və ali təhsilli peşəkarları tanımağa və potensial işçiləri tapmağa və həmçinin gənclərə iş tapmaqda kömək etmək məqsədi daşıyır. Hər bir şirkətə tədbir zamanı öz reklam materiallarını yerləşdirmək üçün xüsusi masa verilib. Karyera günü və iş yarmarkası sonuncu kurs bakalavr və magistratura tələbələrinə və işsiz gənclərə açıqdır. Onlara əmək bazarında lazım olan bacarıqlar öyrədiləcək, həmçinin də öz karyera hədəflərini təyin etməyə köməklik ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR