BMT Cənubi Sudana 7 min nəfər sülhməramlı göndərməyi planlaşdırır

BMT Cənubi Sudana 7 min nəfər sülhməramlı göndərməyi planlaşdırır
# 23 dekabr 2013 22:58 (UTC +04:00)

Bakı-APA. BMT Cənubi Sudana 7 min nəfərlik sülhməramlı kontingenti göndərməyi planlaşdırır. APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibi Pan Gi Mun deyib.

Pan Gi Mun bu məsələdə BMT Təhlükəsizlik Şurasının dəstəyinə arxayın olduğunu da bildirib.

Qeyd edək ki, bir müddət öncə üsyançılar Cənubi Sudan hökuməti ilə danışıqlara razılıq versələr də, qarşı tərəf buna müsbət yanaşmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR