Cəmil Həsənli: “Milli Şuranın 20 oktyabr mitinqi təxirə salınıb”

Cəmil Həsənli: “Milli Şuranın 20 oktyabr mitinqi təxirə salınıb”
# 19 oktyabr 2013 10:27 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Milli Şurasının keçmiş prezidentliyə namizədi Cəmil Həsənli deyib. O bildirib ki, Milli Şuranın 20 oktyabr tarixinə təyin olunmuş mitinqi təxirə salınıb: “Oktyabrın 14-də Bakı şəhər İcra Hakimiyyətinə 20 oktyabr tarixində mitinq keçirməklə bağlı müraciət etsək də, qarşı tərəf belə bir müraciətin daxil olmadığını iddia edir. Belə olan halda, biz mitinqin oktyabrın 27-də keçirilməsi ilə bağlı yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdik”.

C. Həsənli sabah tərəfdarlarını Fəvvarələr meydanına çağırmasına da münasibət bildirib: “Müraciətə baxılıb, icazə verilməsəydi, mitinqin Fəvvarələr meydanında keçirilməsi barədə qərar verilə bilərdi. Lakin Bakı şəhər İcra Hakimiyyəti müraciətin daxil olmadığını iddia edirsə, biz də prosedur qaydalara uyğun olaraq, yenidən müraciət etməyi qərara almışıq”.

Xatırladaq ki, Milli Şura oktyabrın 20-də paytaxtda mitinq keçirilməsi ilə bağlı BŞİH-yə müraciət göndərdiyini desə də, paytaxt rəhbərliyi bu müraciətin rəsmi şəkildə onlara daxil olmadığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR