Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məhkəməyə verilib

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məhkəməyə verilib
# 16 oktyabr 2013 10:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məhkəməyə verilib.

APA-nın məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsinin saytında məlumat yerləşdirilib.

Məlumata görə, iş üzrə iddiaçı Vəliyev Fikrət Səlim oğludur. Məhkəmə aidiyyətinin müəyyən edilməsi üzrə işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Məhkəmə iddianı təmin etmədiyi üçün F.Vəliyev Apellyasiya Məhkəməsinə müraciət edib.

T.Əhmədovla bağlı apellyasiya şikayətinə oktyabrın 17-də baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR