Azərbaycanda həbsdə saxlanma yerlərinin rəhbərlərinə rəis statusu və xüsusi səlahiyyət verilir

Azərbaycanda həbsdə saxlanma yerlərinin rəhbərlərinə rəis statusu və xüsusi səlahiyyət verilir
# 23 dekabr 2013 14:23 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinin 162.5-ci maddəsinə əlavə və dəyişiklik olunacaq.

Maddədə edilən əlavə və dəyişikliyə əsasən, “həbsdə saxlanma yerinin rəhbəri” ifadəsi “həbs yerinin rəisi” sözləri ilə əvəz edilir və rəisə xüsusi səlahiyyət verilir. Səlahiyyət ondan ibarətdir ki, cinayət prosesini həyata keçirən orqanın qərarı olmadan həbsdə saxlanılma yerinin rəisi müvafiq protokol tərtib etməklə aşağıdakı hallarda şəxsi dərhal həbsdən azad edir:

Məhkəmə qərarında müəyyən olunmuş həbsdə saxlanılma müddəti başa çatdıqda və bu müddət uzadılmadıqda;

Bu Məcəllənin 159.7-ci maddəsində nəzərdə tutulmuş həbsdə saxlanmanın son müddəti başa çatdıqda;

Cinayət prosesini həyata keçirən orqandan şəxsin həbsdən azad edilməsi üçün məhkəmənin təyin etdiyi girovun verilməsi barədə məlumat daxil olduqda.

Layihə Milli Məclisin dekabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR