Dövlət İdarəçilik Akademiyasının tələbələrinə dərs vəsaitləri hədiyyə edilib - FOTO

Dövlət İdarəçilik Akademiyasının tələbələrinə dərs vəsaitləri hədiyyə edilib - <span style="color: red;">FOTO
# 25 dekabr 2013 09:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət İdarəçilik Akademiyasının tələbələrinə hüquq sahəsində dərsliklərin və dərs vəsaitlərinin hədiyyə olunması” adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Akademiyanın rektoru Urxan Ələkbərov, Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Əhməd Cəlil Sahibzadə çıxış edib. Onlar bu cür kitabların tələbələr üçün faydalı olacağını bildiriblər.

Tədbirdə qeyd edilib ki, Gənclər və İdman Nazirliyinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə nəşr olunan bütün kitablarda Aida Mahmudovanın rəhbərlik etdiyi “YARAT” Müasir İncəsənət Məkanının rəssamlarının əsərləri yer alıb.

Tədbir çərçivəsində Akademiyanın 200 tələbəsinə Azərbaycan Hüquqşünasları Konfederasiyası və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin birgə çap etdirdiyi 15 adda hüquq dərsliyi və ədəbiyyatı pulsuz olaraq paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR