Şəkidə “Ortaq Türk tarixinin araşdırılması problemləri” mövzusunda I beynəlxalq elmi konfrans keçirilib - FOTOSESSİYA - VİDEO

Şəkidə “Ortaq Türk tarixinin araşdırılması problemləri” mövzusunda  I beynəlxalq elmi konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2013 07:06 (UTC +04:00)

Bakı - APA. Şəkidə “Ortaq Türk tarixinin araşdırılması problemləri” mövzusunda I beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın Tarix İnstitutundan APA-ya verilən məlumata görə, konfransda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya (Dağıstan) alimləri də iştirak edir.

Konfransı giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bu mötəbər konfransı təşkil etdiyi üçün Tarix İnstitutuna və direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudova təşəkkürünü bildirib və belə tədbirlərin ənənəvi xarakter almasını arzuladığını qeyd edib.

Konfransda “Müasir mərhələdə Azərbaycan tarix elmi və ortaq türk tarixinin araşdırılması problemləri” mövzusunda çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Ortaq türk tarixinin yazılmasına həsr olunmuş bu ilk beynəlxalq konfransın bütün türk dünyasının tarixi məkanı Şəki şəhərində keçirilməsinin çox böyük əhəmiyyətinin olduğunu qeyd edib.

Türkiyədə Atatürk Araşdırma Mərkəzinin sədr müavini prof., dr. Nihat Büyükbaş “Ortaq tarix kitabının yazılması və önəmi” mövzusunda çıxış edərək, Azərbaycanla Türkiyə tarixi əlaqələrindən, bu əlaqələrin türk dünyasının birləşdirilməsinə verdiyi töhfədən danışıb.

Konfransda prof., dr. Selma Yel, Türkiyə Başbakanlıq Arxivləri baş müdir müavini, doç., dr. Mustafa Budaq, prof., dr. Cezmi Eraslan (Türkiyə), prof., dr. Şohistaxon Uljayeva (Özbəkistan), prof., dr. Rəhilə Şükürova, prof., t.e.d. Səttar Majitov (Qazaxıstan), prof., pr. Doolotbek Saparaliyev (Qırğızıstan), t.e.n. Rabadan Sultanbekov (Dağıstan), akademik Nailə Vəlixanlı, prof., dr. Musa Bali, türkiyəli iş adamı Ahmet Baba, millət vəkili Cavanşir Veyziyev, professor Cahangir Novruzov, Azərbaycan tarixçilərindən dos., t.ü.f.d. Tofiq Nəcəfli, t.ü.f.d Cəbi Bəhramov, t.ü.f.d. Natiq Məmmədzadə, t.ü.f.d. Vaqif Abışov, t.ü.f.d. Güntəkin Nəcəfli, t.ü.f.d. Kamran İsmayılov, doktorant Nigar Abuşova, t.ü.f.d. İlqar Niftəliyev, t.ü.f.d. İradə Məmmədova, Nazim Mustafa məruzə ilə çıxış ediblər.

Konfrans AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun yekun nitqi ilə başa çatıb. Sonda ortaq türk tarixinin yazılmasına başlanılması, ilk olaraq türk şəxsiyyətləri və tarixdə türk dövlətlərinə həsr olunmuş kitabların yazılması yekdilliklə qərara alınıb.

Konfransdan sonra Elxan Usubov və Cavanşir Veyziyevin müəllifi olduğu “Şəki” kitabının təqdimatı keçirilib və qonaqlar Tarix İnstitutunda nəşr olunan kitablardan ibarət sərgiyə tamaşa ediblər. Tarix İnstitutunun böyük kitab sərgisi Şəki kitabxanalarına paylanmaq üçün icra başçısına təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR