Ədliyyə naziri Fikrət Məmmədov və nəqliyyat naziri Ziya Məmmədov Şəkidə vətəndaşları qəbul edib - VİDEO

Ədliyyə naziri Fikrət Məmmədov və nəqliyyat naziri Ziya Məmmədov Şəkidə vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 27 sentyabr 2013 14:21 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Ədliyyə naziri Fikrət Məmmədov və nəqliyyat naziri Ziya Məmmədov bu gün Şəki şəhərində vətəndaşları qəbul edib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Şəki regional ədliyyə şöbəsində keçirdiyi qəbulda Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ, Yevlax rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşlar iştirak edib. Qəbulda ədliyyə və məhkəmə fəaliyyəti, habelə işə qəbul və digər müxtəlif məsələlər ilə bağlı 170-dən çox vətəndaş dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, digər müraciətlər üzrə nazirliyin aidiyyatı məsul işçilərinə dərhal tapşırıqlar verilib.

Nəqliyyat naziri Ziya Məmmədov isə Şəki Olimpiya İdman Kkompleksində Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ və İsmayıllı rayonlarından olan 30-dan artıq vətəndaşları qəbul edib. Vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nəqliyyat naziri, müəyyən göstəriş və tapşırıqlarını verib. Qeyd olunan məsələlərinin bəziləri elə yerindəcə həll olunub. Vətəndaşların şikayətləri arasında əsasən yol infrastrukturundakı problemlər daha çox yer alıb. Kənd yollarının abadlaşdırılması məsələlərinə münasibət bildirən nazir bu istiqamətdə işlərin bundan sonra daha sürətlə aparılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR