Şirvan-Salyan yolunda zəncirvari avtoqəza baş verib, 2 nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Şirvan-Salyan yolunda zəncirvari avtoqəza baş verib, 2 nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 12 aprel 2014 19:55 (UTC +04:00)

Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon polis şöbəsindən verilən məlumata görə, bu gün saat 19.15 radələrində Şirvan-Salyan magistralının 20-ci kilometrliyində Salyan rayonunun Qarabağlı kəndi ərazisində “Nissan Sunny”, VAZ 2107 və UAZ markalı avtomobilləri iştirakı ilə zəncirvari qəza baş verib.

Salyan rayonunun Kərimbəyli kəndinin sakini 1974-cü il təvəllüdlü Ataşov Zaur Alahşükür oğlunun idarə etdiyi “Nissan Sunny” markalı 34 BC 002 dövlət nömrə nişanlı avtomobili böyük sürətlə idarə edərkən əvvəlcə Qarabağlı kənd sakini 1987-ci il təvəllüdlü Əzizov Vüqar Əlixan oğlunun idarə etdiyi VAZ 2107 markalı 02 BG 388 dövlət nömrə nişanlı avtomobilə və daha sonra Salyan rayonunun Çadırlı kənd sakini 1958-ci il təvəllüdlü Abdulov Çingiz Məmmədşah oğlunun idarə etdiyi “Azenco” ASC-yə məxsus UAZ markalı 90 JT 214 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

Nəticədə “Nissan Sunny” markalı avtomobilin sürücüsü Zaur Ataşov kəllə beyin travması ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Digər UAZ markalı avtomobilin sürücüsü isə orta dərəcəli xəsarətlə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR