Bakıda Azərbaycan-Belarus məsləhətləşmələri keçiriləcək

Bakıda Azərbaycan-Belarus məsləhətləşmələri keçiriləcək
# 17 iyun 2014 11:23 (UTC +04:00)

Belarusun ölkəmizdəki səfirliyindən APA-ya verilən məlumata görə, Belarus nümayəndə heyətinə Belarus xarici işlər nazirinin I müavini Aleksandr Mixneviç rəhbərlik edəcək.

Azərbaycanı məsləhətləşmələrdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Məsləhətləşmələr zamanı iqtisadi-ticarət, elmi-texniki və humanitar sahələrində əməkdaşlıq, hüququ bazanın təkmilləşdirilməsi, habelə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Belarus tərəfdaşlığı daxil olmaqla, ikitərəfli münasibətlərlə bağlı məsələlərin geniş spektri müzakirə ediləcək.

Məsləhətləşmələr Azərbaycan və Belarus xarici siyasət idarələri arasındakı dialoq çərçivəsində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR