Ucarda maşın aşıb, iki nəfər yaralanıb - VİDEO

Ucarda maşın aşıb, iki nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 01 iyun 2014 14:30 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Bakı-Qazax magistral yolunun Ucar rayonun Pirkənd kəndindən keçən hissəsində ağır yol qəza hadisəsi baş verib. Şəmkir rayon sakini, 1958 ci il təvəllüdlü Şəfiyeva Ofeliya Fuad qızı idarə etdiyi "KİA" markalı avtomobilin idarəetməsini itirib və maşın aşıb. Nəticədə sürücü və onun sərnişini, Şəmkir rayon sakini 1992-ci il təvəllüdlü Yadigarlı Şəbnəm Turan qızı ağır xəsarət alıb. Onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR