Gürcüstandan Azərbaycana gizli gətirilən 1,3 kq-a yaxın qızıl-zinət əşyaları aşkarlanıb - FOTO

Gürcüstandan Azərbaycana gizli gətirilən 1,3 kq-a yaxın qızıl-zinət əşyaları aşkarlanıb - <span style="color: red;">FOTO
# 17 iyul 2013 13:20 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan sərhədlərində son zamanlar aşkar qanun pozuntuları faktları arasında qızıl-zinət əşyalarının qaçaqmalçılığına tez-tez rast gəlinir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin «Sınıq Körpü» gömrük postunun gömrük nəzarəti zonasına daxil olmuş Rəşad Muraz oğlu Abdullayevin idarə etdiyi «Mercedes-Benz» markalı 20-CV-185 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı yanacaq çəninin altındakı bir ədəd bağlamadan gömrük nəzarətindən gizlədilmiş qızıl-zinət əşyaları - 66 ədəd üzük-sırğa dəsti, 61 ədəd üzük, 24 sırğa cütü, 12 boyunbağı, 9 qolbaq, 6 kolye, 4 sırğa-üzük-klon dəsti, üzərində aparılmış şəxsi yoxlama zamanı isə gömrük nəzarətindən gizlədilmiş 2 ədəd qızıl külçə aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış ekspert arayışı ilə müəyyən edilib ki, R.Abdullayevdən götürülmüş zərgərlik məmulatları qızıldan hazırlanmaqla ümumi çəkisi 1 273,7 qram təşkil edir.

Toplanmış material üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR