Azərbaycanda məktəblilərin fənn olimpiadalarının yekun turunun keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda məktəblilərin fənn olimpiadalarının yekun turunun keçiriləcəyi tarix açıqlanıb
# 07 mart 2014 07:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarov məktəblilərin fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrdə məktəblilərin fənn olimpiadalarının yekun turunun 16-17 mart tarixdə Bakı şəhərində keçirilməsi qeyd olunub.

Olimpiadaların yekun turunun iştirakçıları martın 16-da qəbul edilərək Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə Nazirlik tabeliyindəki S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında, riyaziyyat, fizika və informatika fənləri üzrə Nazirlik tabeliyindəki fizika-riyaziyyat və informatika təmayüllü liseydə, kimya və biologiya fənləri üzrə Nazirlik nəzdindəki kimya-biologiya təmayüllü liseydə yerləşdirilsinlər.

Əmrdə bildirilib ki, olimpiadaların yekun turu Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən iştirakçıların yerləşdiyi müəssisələrdə, informatika fənnindən isə BDU-da 17 mart tarixdə keçirilsin.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR