Nalçikdə PPX naryadına hücum nəticəsində bir polis əməkdaşı ölüb

Nalçikdə PPX naryadına hücum nəticəsində bir polis əməkdaşı ölüb
# 14 iyul 2013 00:02 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Qabardin-Balkar respublikasının paytaxtı Nalçikdə naməlum şəxslər şəhərin mərkəzində post patrul xidmətinin naryadına hücum törədib, nəticədə bir polis əməkdaşı ölüb, iki nəfər isə ağır yaralanıb. Məlumata görə, cinayətkarlar polisə avtomat silahlardan atəş açıb. Fakt üzrə cinayət işi başlanıb. Hadisə yerində əməliyyat axtarış qrupu çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR