Müsavat Divanı Gənclər Təşkilatında yaranmış qalmaqallı vəziyyəti yenidən müzakirə edib

Müsavat Divanı Gənclər Təşkilatında yaranmış qalmaqallı vəziyyəti yenidən müzakirə edib
# 25 fevral 2014 15:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Müsavat Partiyası Divanının bu gün keçirilən iclasında partiyanın Gənclər Təşkilatından çıxarılmış 6 gənclə bağlı müzakirə aparılıb.

Divan üzvü Tural Abbaslının APA-ya verdiyi məlumata görə, artıq Gənclər Təşkilatında emosiyalar sakitləşib, hər iki tərəf məsələnin həllində maraqlıdır.

Divanın iclasında partiya rəhbərliyi məsələnin sülhpərvər və dostluq şəraitində həllini zəruri sayıb. T. Abbaslı qarşıdakı bir həftə ərzində Gənclər Təşkilatında yaranmış problemin həllini tapacağını vurğulayıb: “Partiya rəhbərliyi Gənclər Təşkilatında günahkar axtarmaq yönündə qərar vermək istəmir, çünki gənclər çılğın, mübariz olurlar. Həm Gənclər Təşkilatından çıxarılan 6 gənc, həm də Gənclər Təşkilatının hazırda üzvü olan gənclər müsavatçıdır. Bu həftə ərzində problem həllini tapacaq. Gənclər Təşkilatının həmin gənclərin iştirakı ilə qərar verəcəyi də istisna deyil. Məsələ barışıq və qarşılıqlı güzəşt əsasında həllini tapacaq”.

Qeyd edək ki, Müsavat Gənclər Təşkilatının qərarı ilə 6 nəfər təşkilatdan kənarlaşdırılıb. Nəticədə Gənclər Təşkilatı sədrliyinə namizəd olmuş Rüfət Hacıbəyli və hazırkı sədr Əhliman Abbasın tərəfdarları arasında qalmaqal yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR