Bakıda 20 yaşlı oğlanının başına ağac düşüb

Bakıda 20 yaşlı oğlanının başına ağac düşüb
# 21 may 2014 08:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakinin başına ağac düşüb. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Mərdəkan qəsəbəsində, Ramil Qasımov küçəsi-48 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Fuad Orucovun başına ağac qırılaraq düşüb.

F. Orucov kəllə-beyin travması ilə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR