Azərbaycanın Tacikistandakı səfiri bu ölkənin iqtisadi inkişaf və ticarət naziri ilə görüşüb

Azərbaycanın Tacikistandakı səfiri bu ölkənin iqtisadi inkişaf və ticarət naziri ilə görüşüb
# 18 sentyabr 2013 17:54 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin iqtisadi inkişaf və ticarət naziri Şərif Rəhimzode ilə görüşüb. APA-nın “Avesta” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan-Tacikistan ticarət-iqtisadi əməkdaşlığını dərinləşdirilməsi və inkişaf etdirilməsi, azərbaycanlı sərmayədarların Tacikistana cəlb edilməsi və birgə müəssisələrin yaradılması kimi məsələlər də diqqət mərkəzində olub.

Hər iki tərəf qeyd edib ki, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün geniş istifadə olunmamış potensial mövcuddur.

Qeyd edək ki, Tacikistan prezidenti yanında statistika agentliyin məlumata görə, bu ilin səkkiz ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 5,2 milyon dollar təşkil edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 87 faiz azdır. Azərbaycan məhsullarının Tacikistana ixrac edilməsi üstünlük təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR