Ermənistan Ordusunda əsgərlər arasında kütləvi xəstələnmə qeydə alınıb

Ermənistan Ordusunda əsgərlər arasında kütləvi xəstələnmə qeydə alınıb
# 20 fevral 2014 08:28 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ermənistan Ordusunun Gorusda və Azərbaycanın işğal olunmuş Qubadlı rayonunda yerləşən hərbi hissəsində çoxlu sayda əsgər ağır xəstəliklə tibb müəssisələrinə yerləşdirilib.

APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, son 10 gündə Gorus şəhərindəki tibb mərkəzinə Gorusdan və Qubadlıdakı hərbi hissədən 100-dən artıq xəstə əsgər aparılıb.

Hərbi qulluqçularda bronxit, pnevmoniya və yuxarı tənəffüs yolların infeksiyası xəstəlikləri aşkarlanıb.

Həkimlər xəstəliyin və infeksiyanın yayılmasının səbəbini təyin edə bilməyiblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR