Azərbaycanda mal-qara yeminə olan tələbat 30% ödənilir

Azərbaycanda mal-qara yeminə olan tələbat 30% ödənilir
# 25 dekabr 2013 08:06 (UTC +04:00)

Hazırda ölkədə faktiki olaraq 25 min ton həcmində qarışıq yem istehsal olunur. Bunu «APA-Economics»ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib: «Ölkədə silosluq qarğıdalı, günəbaxan, yem çuğunduru, soya, raps əkilmir. Nəticədə, heyvanların yemə olan tələbatı yalnız 30% ödənilir».

Şöbə müdirinin fikrincə, yem istehsalı sahəsi olduqca gəlirlidir: «Lakin bu sahənin inkişaf etməsi üçün fermerlərə subsidiyalar verilməlidir. Bu cür yardım olmasa, nə yem, nə də mal-qara olacaq».

Heyvandarlıq sahəsində məhsul istehsalının intensiv şəkildə artımına nail olmaq üçün yem bitkilərindən soya, sorqo, qarğıdalı, günəbaxan, yem çuğunduru və raps əkinlərinin genişləndirilməsi məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir.

Nazirlik rəsmisi hesab edir ki, Azərbaycan yem istehsalı sahəsində Türkiyənin geniş təcrübəsindən istifadə edə bilər: «Məsələn, Türkiyədə yoncanın hər hektarına görə dörd ildən bir 1 500 lirə həcmində subsidiya verilir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR